İki tramvay toqquşdu, 90 yaralı – Rusiyada FACİƏbackend

İki tramvay toqquşdu, 90 yaralı – Rusiyada FACİƏ

Rusiyanın Kemerovo şəhərinin Loqovaya şosesində içərisində sərnişinləri olan iki tramvay toqquşub.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, İki tramvayın toqquşması nəticəsində xəsarət alan sərnişinlərin sayında kəskin artım var.

Bu barədə danışan Kemerovo vilayətinin səhiyyə naziri Dmitri Beqlovun sözlərinə görə, xəsarət alanların sayı artıq 90-ı ötüb, onlardan yeddisi uşaqdır.

Xatırladaq ki, bir qədər öncə qəzada 60 nəfərin xəsarət aldığı bildirilsə də, son açıqlamada yaralı sayının kəskin artdığı etiraf olunub.

Kemerovonun Loqovaya şossesində tramvaylar iyunun 6-da səhər saatlarında toqquşub.

Orxan HƏSƏNLİ,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*