“İlan adasının hərbçiləri sağdır və əsirlikdədir” – Ukrayna Hərbi Dəniz Qüvvələri – FOTO – ÖZƏLbackend

"İlan adasının hərbçiləri sağdır və əsirlikdədir" - Ukrayna Hərbi Dəniz Qüvvələri - FOTO - ÖZƏL

“İlan adasından olan ukraynalı hərbçilər sağdır və əsirlikdədir”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrindən məlumat verilib.

“Qardaşlarımızın sağ olduğunu və onlarda hər şeyin qaydasında olduğunu öyrənməkdən çox məmnunuq”, – deyə məlumatda deyilir.

Hərbi Dəniz Qüvvələri bildirib ki, Rusiya təbliğatı Ukrayna hakimiyyətinin guya öz tabeliyində olanları “unutduğu”, “dəfn etdiyi” “xəbərləri” yaymağa çalışır.

“Eyni zamanda dəniz piyadaları iki dəfə rus işğalçılarının hücumlarını cəsarətlə dəf edib. Sursat çatışmazlığı səbəbindən adanın müdafiəsini davam etdirə bilməyiblər”,- deyə məlumatda deyilir.

Hərbi Dəniz Qüvvələri əlavə edib ki, işğalçılar adanın infrastrukturunu: mayak, qüllələr, antenalar və sairləri tamamilə məhv etdikləri barədə məlumat verməyi “unudublar”. Buna görə də ilanla əlaqə kəsilib. Şəxsi heyətlə əlaqə saxlamaq və onların taleyindən öyrənmək üçün dəfələrlə cəhdlər nəticəsiz qaldı və Rusiya hərbi gəmiləri və təyyarələrinin davamlı atəşə tutması dəniz piyadalarına yardımın çatdırılmasına mane olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*