İlham Əliyev: “Bizim əməkdaşlığımızın strateji hədəfləri var”backend

İlham Əliyev: "Bizim əməkdaşlığımızın strateji hədəfləri var"

“Gözəl ölkənizə dəvətə görə də sizə minnətdaram və eyni zamanda, Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə də sizə təşəkkürümü bildirirəm. Bu, əsl dostun sözləridir və bizi Prezident Vuçiçlə dostluq əlaqələri bağlayır”.

KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.

“Hesab edirəm ki, Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır. Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var”, – dövlət başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*