İlham Əliyev İordaniya Kralını təbrik etdibackend

İlham Əliyev İordaniya Kralını təbrik etdi

Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

KONKRET.az xəbər verir ki, dövlət başçısı Krala və bütün İordaniya xalqına öz adından və Azərbaycan xalqı adından ən xoş arzularını və təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Kralı II Abdullah ibn Al Hüseynə möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər, dost İordaniya xalqına daim firavanlıq diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*