İlham Əliyev Paşinyanla görüşün əleyhinə olmadığını AÇIQLADIbackend

İlham Əliyev Paşinyanla görüşün əleyhinə olmadığını AÇIQLADI

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyin əleyhinə deyil.

KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransnanın “France 24” kanalına verdiyi müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, görüş ATƏT-in Minsk qrupu tərəfindən təşkil olunarsa, Nikol Paşinyan ilə görüşə etiraz etmir.

Bununla yanaşı, İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfindən ötən il müharibədə itirilən torpaqları geri qaytarmaqla bağlı istənilən niyyət Azərbaycanın sərt reaksiyası ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*