İlham Əliyev və xanımı Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlarbackend

İlham Əliyev və xanımı Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Aprelin 30-da Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışa baxırlar.

Əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Dövlət Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova səsləndirib. Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*