İlon Mask bir həftəyə 11,5 milyard dollar qazandıbackend

İlon Mask bir həftəyə 11,5 milyard dollar qazandı

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri olan Amerikalı sahibkar İlon Maskın aktivlərinin ümumi dəyəri bir həftə ərzində 11,5 milyard dollar artıb.

KONKRET.azın məlumatına görə, bu barədə “Forbes” jurnalı xəbər verib.

Nəşrin hesablamalarına görə, iş adamının sərvəti 184,3 milyard dollara çatıb. “Tesla” şirkətinin sərmayələrinin məzənnəsi bu həftədə 7,4 faiz artıb. Ötən gün ABŞ-da keçirilən ticarət sessiyasından sonra qiymətli kağızların dəyəri 852,23 dollara çatıb.

“Bloomberg” agentliyi İ.Maskın aktivlərinin ümumi dəyərini 203 milyard dollar olaraq qiymətləndirir. Sahibkarın sərvətinin il ərzində artmasının əsas səbəbi Teslanın kapitallaşmasının artması olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*