İmişlidə yaşlı qadını cərəyan vuraraq öldürüb
KONKRET.az xəbər verir ki, hadisə İmişli rayonunun Ağamalılar kəndində baş verib.
Həmin kəndin sakini, 1937-ci il təvəllüdlü Səfərova Zibeydə Nüsrət qızı elektrik çaydanının naqilində olan nasazlıq səbəbindən cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
