“İmkanı olan adamlar qayıdıb öz evlərini tiksinlər” – “Böyük Qayıdış”la bağlı MARAQLI TƏKLİFbackend

"İmkanı olan adamlar qayıdıb öz evlərini tiksinlər" - "Böyük Qayıdış"la bağlı MARAQLI TƏKLİF

Qarabağın erməni işğalından azad edilməsinə nə qədər seviniriksə, doğma torpaqlarımıza qayıdacağımız günü bir o qədər həsrətlə gözləyirik. Dövlətin bu sahədə atdığı addımlar təqdirəlayiqdir və həyata keçirilən quruculuq işləri qısa zamanda torpaqlarımıza geri qayıdacağımızı deməyə əsas verir. Amma prosesi sürətləndirmək üçün insanların öz ata-baba yurdlarına qayıtmasını təmin etmək və onlara öz vəsaitləri hesabına şərait qurmaları üçün şans tanımaq olar. Bu barədə müxtəlif fikirlər səsləndirilsə də, hələlik real addımlar atılmır.

Bəs “Böyük Qayıdış” nə zaman reallaşacaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, “Böyük Qayıdış”la bağlı dövlətin proqramı mövcuddur: “Ermənilər o əraziləri tamamilə dağıtdığına görə, infrastruktur formalaşdırılmalı idi. Azərbaycan bu məsələlərə çox düzgün yanaşdı. Prezidentin göstərişi ilə enerji sektorunun, yolların və digər infrastrukturun bərpası istiqamətində addımlar atılır. Bircə qalır “Böyük Qayıdış”ı gerçəkləşdirmək. Hazırda Şuşada müəyyən problemlər var. Yəni əhalinin qayıda bilməsi üçün ehtiyac duyulan evlərin 70 faizi tamamilə dağıdılıb. Onların çoxu tarixi binalardır və bərpa olunmalıdır. Amma buna baxmayaraq hazırda Şuşada kifayət qədər mülki əhali, polis və hərbçilər yaşayır. İndi onları digər rayonlara da transfer etmək lazımdır. Məsələn Laçın rayonuna köçürmək mümkündür. Çünki Laçının mərkəzi o qədər də dağıdılmayıb. Gələn ay Xankəndidən Ermənistana (Laçın dəhlizindən kənar keçməklə) yol hazır olacaq. Artıq bundan sonra Laçın dəhlizi tam olaraq Azərbaycanın nəzarətinə keçəcək. Beləcə Laçın camaatı öz doğma yurduna qayıda biləcək”.

Dünyada 2 milyard insan qalmalıdır: Korona planı bu tarixdə bitəcək

Cümşüd Nuriyevin sözlərinə görə, minalanan sahələr az olan ərazilərə əhalini köçürmək olar: “Ermənilər Cəbrayıl, Qubadlı və Zəngilanı minalamağa imkan tapmadılar. Çanki ordumuz həmin rayonları döyüşərək geri qaytardı. Ağdam və Füzulidəki vəziyyəti anlamaq olar. Çünki həmin rayonlar əvvəldən təmas xətti olub. Hərbi qanunlara görə, Ağdamda 30 min mina olmalı idi. Amma orada ermənilər normadan 3 dəfə artıq (97 min) mina basdırıb. Hadisələrin gedişatı göstərir ki, o ərazilərə insanların sürətli qayıdışı mümkün deyil. Amma Ağdamın ermənilərin nəzarətində olan yuxarı kəndləri var ki, ora qayıtmaq olar. Bu təklifləri media yox, Prezidentin xüsusi nümayəndələri səsləndirməlidirlər. Yəni hansı kəndlərdə evləri tikmək mümükündürsə, həmin adamları ora köçürmək olar. İmkanı olan adamlar qayıdıb öz evlərini tiksinlər. Belə olan halda həm dövlətə ağırlıq düşməz, həm də insanların öz təsarrüfatlatrını qurması üçün şərait yaranar. Dövlətin işinin yüngülləşməsi, əhalinin geri qayıtmaq istəyinin artması və kənd təsərrüfatının dirçəldilməsi baxımından bu, çox vacibdir”.

Politoloq əlavə edib ki, Kənd Təsərrüfat Nazirliyi təkliflər verməlidir: “Amma verilən subsidiyaları mənimsəmək üçün nazirlik bu təkliflərlə çıxış etməkdən boyun qaçırır. Çünki hər bir elektron tarlanın aqrar xəritəsi olduqdan sonra, təsərrüfat sahibinin adı sistemə daxil ediləcək. Sistemə uyğun olaraq isə hər bir şəxsin hektarına və taxılına görə, subsidiya birbaşa onun özünə veriləcək. Bu, nazirliyə sərf etmir. Öz maraqlarına görə, Azərbaycanın böyük bir layihəsini pozurlar. Əgər bu addımlar atılmasa, qayıdış baş tutmayacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*