“İnanmaq istəyirəm ki, ordumuz qalib gələcək, amma heç bir iş görülmür” – Koçaryanbackend

"İnanmaq istəyirəm ki, ordumuz qalib gələcək, amma heç bir iş görülmür" - Koçaryan

“İnanmaq istəyirəm ki, ordumuz Ermənistanın və Qarabağın təhlükəsizliyinin qarantı mövqeyini bərpa edəcək”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan “ordu günü” münasibətilə təbrikində deyib.

“İnanmaq istəyirəm ki, Ermənistan ordusu qalib gələcək. Ordumuz hər gün sınaqlardan keçir. Amma ordunun belinin düzəltməsi üçün heç bir iş görülmür.

Mən inanmaq istəyirəm ki, bu vəziyyət düzələcək. Ermənistan ordusu Ermənistan və Qarabağın təhlükəsizliyinin qarantı mövqeyini bərpa edəcək”, – deyə Koçaryan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*