İndoneziya Putinin təhlükəsizliyini təmin etməyə hazırdırbackend

İndoneziya Putinin təhlükəsizliyini təmin etməyə hazırdır

İndoneziya “G20” sammitində Rusiya Prezidenti Vladimir Putinə təhlükəsizlik zəmanəti verməyə hazırdır.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares bildirib.

“İndoneziya bir çox beynəlxalq görüşlərə – ASEAN, Şərqi-Asiya sammiti və başqalarına ev sahibliyi edib. Əlbəttə, İndoneziya bütün iştirakçıların, ilk növbədə tədbirlərə qatılmağı planlaşdıran dövlət başçılarının təhlükəsizliyinə təminat verir”, – deyə Tavares RİA Novosti-yə müsahibəsində bildirib.

O əlavə edib ki, Cakartada Putin və  Zelenski arasında görüş təşkil etməyə hazırdır.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin “G20” sammitində iştirakı təhlükəsizlik tədbirlərindən asılıdır.

Qeyd edək ki, bu il “G20” sammiti noyabrın 15-16-da Balidə keçiriləcək. Avqustun 19-da İndoneziya Prezidenti Coko Vidodo Vladimir Putinin sammitdə şəxsən iştirak etmək istədiyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*