İngiltərə geri çəkilmədi – Verilən müddət artıq başa çatdıbackend

İngiltərə geri çəkilmədi - Verilən müddət artıq başa çatdı

BMT-nin İngiltərəyə qanunsuz hakim olduğu Çaqos adalarından çəkilməsi üçün verdiği 6 aylıq müddət noyabrın 22-si başa çatıb. Müstəmləkəçilik siyasətindən əl çəkməyən İngiltərə geri çəkilmək üçün hər hansı addım atmayıb. Məsələ ilə bağlı Afrika Birliyi açıqlama verib. “İngiltərə Çaqos Arxipelaqındakı müstəmləkə qaydalarına son qoymağa və bölgədən çəkilməyə çağırıldı. Lakin BMT-nin qətnamələrinə məhəl qoymayan Britaniya, Mavritaniyanın suverenliyini pozaraq adaları işğal etməyə davam edir”.

May ayında BMT-nin Baş Assambleyası İngiltərədən əhəmiyyətli hərbi bazası olan Çaqos adalarını 6 ay ərzində Mavritaniyaya tərk etməsini istəmişdi. Yalnız ABŞ, Avstraliya, İsrail, Macarıstan Maldiv adaları Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının səsverməsində İngiltərənin Mavritaniyanı tərk etməsinin əleyhinə səs vermişdir. Qanun layihəsi 116 ölkənin razılığı ilə qəbul edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*