İngiltərə klubunun rəsmisi ağır xəstəliyə tutulduğu üçün istefa verdibackend

İngiltərə klubunun rəsmisi ağır xəstəliyə tutulduğu üçün istefa verdi

İngiltərənin “Nyukasl” klubunun baş direktoru Darren İlz ağır xəstəliyə tutulduğu üçün istefa verib.

KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı funksionerə xroniki limfositar leykemiya diaqnozu qoyulub. O, yeni varis təyin olunana qədər vəzifəsinin icrasına davam edəcək.

Qeyd edək ki, D.İlz 2022-ci ildən “Nyukasl”dadır. Karyerasına “Vest Bromviç” klubunda hüquq işləri üzrə direktor kimi başlayan funksioner daha sonra İngiltərədə “Tottenhem”, Şotlandiyada “Aberdin”, ABŞ-də “Atlanta Yunayted”in İdarə Heyətində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*