Böyük Britaniya hökuməti 2019-cu ildə İngiltərənin Chew Valley bölgəsindəki tarlada tapılan 2584 sikkə qızıl üçün 4,3 milyon funt sterlinq ödəyib.
KONKRET.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu, Normanların İngiltərəyə hücumunun ilk illərində gizlədilən xəzinədir. Mütəxəssislər 5 il əvvəlki tapıntını Böyük Britaniya tarixində ən bahalı xəzinə hesab edirlər. Xəzinənin unikallığı təkcə sikkələrin sayı və onların yüksək qorunma vəziyyəti ilə ölçülmür. Güman edilir ki, sikkələrin böyük əksəriyyəti son anqlo-sakson hökmdarı II Haroldun qısa hakimiyyəti dövründə zərb edilib. Hökumətin ödədiyi vəsait tarlanın sahibi ilə onu tapan yeddi nəfər arasında bölünəcək. Xəzinə Somerset Arxeologiya Muzeyində daimi sərgiyə qoyulmazdan əvvəl bir müddət Britaniya Muzeyində nümayiş etdiriləcək.
Vəli Həsənoğlu,
KONKRET.az