İnquşetiya rəhbərinin qardaşı saxlanılıbbackend

İnquşetiya rəhbərinin qardaşı saxlanılıb

Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Mahmud-Əli Kalimatovun qardaşı Maqomed Bəşir Kalimatov saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, İnquşetiya rəhbəri qardaşının saxlanılması xəbərini təsdiqləyib.

2 milyard rublu mənimsəməkdə şübhəli bilinən qardaşının saxlandığını təsdiqləyən Kalimatov qeyd edib ki, istintaq davam edir və qərarı məhkəmə verəcək.

“Bir qardaş kimi, bu, əlbəttə ki, məni kədərləndirir, amma qanun qanundur” – deyə respublika rəhbəri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*