İnsan beynindən “canlı kompüter” yaradıldıbackend

İnsan beynindən "canlı kompüter" yaradıldı

İsveç alimləri insan beyin toxumasından hazırlanmış dünyanın ilk “canlı kompüteri” istehsal ediblər. Normal kompüter çipi kimi məlumat mübadiləsi aparan “canlı kompüter”in dünyanın enerji böhranlarını həll edə biləcəyi proqnozlaşdırılır.

KONKRET.az xəbər verir ki, laboratoriya mühitində yetişdirilən 16 beyin hüceyrəsi qrupundan ibarət olan hüceyrələr bir-birləri arasında informasiya əlaqəsini təmin edir.

Ənənəvi kompüter çipi kimi işləyən yeni kompüter neyronlar vasitəsilə siqnal göndərən və qəbul edən sxemlər kimi çıxış edir.

Lakin yeni texnologiyanı xüsusi edən onun daha az enerji sərf etməsidir, çünki canlı neyronlar mövcud rəqəmsal prosessorlardan milyonlarla dəfə az enerji sərf edirlər.

Elm adamları, beynimizin 10 ilə 20 vatt arasında enerji istehlak etməsini tələb edən işlərin bugünkü kompüterlərdə 21 meqavat enerji sərf etdiyini ortaya qoyublar. Bu, onların insan beynindən min dəfə çox enerji sərf etdiyini göstərir.

Təxminən 0,5 mm diametrdə və 10 min canlı neyrondan ibarət mini beyinlər dopamin dozaları ilə məşq edilir. Tapşırıqları düzgün yerinə yetirdikdə, mükafat olaraq bir kimyəvi maddə axını alırlar.

Alimlər müəyyən sahələri dopamin ifrazını təqlid etmək üçün işığa məruz qoyaraq stimullaşdırırlar. Orqanoidlər səkkiz elektrodla əhatə olunub və aktivliyi ölçə bilir.

Texnologiya üçün dönüş nöqtəsi

Bu sıçrayış biologiya və texnologiya arasındakı sərhədləri qarışdıraraq hesablama və nevrologiyada yeni imkanlar açır.

Bu texnologiya nəyin mümkün olduğuna dair təsəvvürlərimizə meydan oxuyur və süni intellektin gələcəyi və bəşəriyyətin texnologiya ilə əlaqəsi haqqında dərin suallar yaradır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*