İnsan nə qədər yuxusuz qala bilər?backend

İnsan nə qədər yuxusuz qala bilər? 

1963-cü ildə Kaliforniyada heyrətamiz bir hadisə qeydə alınıb: 17 yaşlı Rendi Qardner məktəbdə keçirilən elmi sərgi layihəsi naminə 11 gün 25 dəqiqə yatmayıb və dünya rekordu qırıb.

KONKRET.az xəbər verir ki, “Live Science” elm xəbər saytı uzun müddət oyaq qalmaq və yuxusuzluqla bağlı məqalə dərc edib.

23 il sonra başqa bir oxşar hadisə qeydə alınıb. Lakin 1997-ci ildə Ginnesin Rekordlar Kitabı ən uzun yuxusuz vaxt üçün müraciətləri qəbul etməyi dayandırıb. Bu qərar yuxusuzluqla əlaqədar təhlükələrlə izah edilib.

Bəs bu təhlükələr nədir?

Mütəxəssislər deyirlər ki, insanlar hər 24 saatdan bir eyni intervalla altı-səkkiz saat ardıcıl yuxuya ehtiyac duyur. Ancaq insanların, xüsusən də tələbələrin bütün gecəni işləməsi və 24 saat oyaq qalması halları da var.

Nyu Yorkdakı Mount Sinai Xəstəxanasının yuxu üzrə mütəxəssisi, həkim Oren Koen 24 saat yuxusuz qalanların beyin fəaliyyətinin yuxu və oyaqlıq həddində olduqlarını bildirir.

Buna mikroyuxu deyilir. İnsanlar oyaq görünür, lakin onların beyinləri qeyri-ixtiyari olaraq bir növ anormal yuxuya gedir. Bu da diqqətsizlik və ya halüsinasiya yarada bilər.

Uzun müddətli yuxusuzluq tədqiqata mane olur. Lakin ölümcül ailə yuxusuzluğu adlanan nadir irsi xəstəliyə malik insanların dəlilləri mövcuddur. Bu xəstələrdə beyində anormal zülalın yığılmasına səbəb olan və getdikcə yuxunu pozan genetik mutasiya var. Anormal zülal onların beyin hüceyrələrini zədələdiyi üçün nəhayət ölürlər. Bu xəstəlik xəstələrin əksəriyyətini orta hesabla 18 ay ərzində öldürür.

Nature and Science of Sleep jurnalında dərc edilən 2019-cu il araşdırması iştirakçıların sayıqlığının 16 saatlıq yuxusuzluğa qədər nisbətən normal olduğunu göstərdi. Lakin 16 saatdan sonra onların diqqəti əhəmiyyətli dərəcədə artdı, xroniki yuxusuzluğu olan iştirakçılarda isə daha da pisləşdi. 2000-ci ildə edilən daha bir araşdırmada 24 saat oyaq qalmaq əl-göz koordinasiyasını 0,1% azaldır.

Klivlend Klinikasına görə, 36 saatdan çox oyaq olan insanlarda qanda iltihabi göstəricilərin səviyyəsi yüksələ bilər. Hətta hormonal disbalans və yavaş metabolizm inkişaf edə bilər.

Bilmək vacibdir ki, siz kifayət qədər yuxu almadığınız günləri kompensasiya edə bilməyəcəksiniz. Mütəxəssislərin fikrincə, yuxusuzluq məcmu xarakter daşıyır. Buna görə də yuxusuz qalanlarda bir növ yuxu pozğunluğu yaranır. İtirilən yuxunun bərpası üçün hər saatına səkkiz saata qədər yuxu lazımdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*