İnsanlara vaxtı keçmiş vaksin vuruldu – QALMAQALbackend

İnsanlara vaxtı keçmiş vaksin vuruldu - QALMAQAL

İsveçin Nüçöping şəhərində 100-dən çox insan vaxtı keçmiş dərmanlarla peyvənd olunub.

KONKRET.az xəbər verir ki, on bir gün ərzində 100-dən çox insan COVID-19 əleyhinə köhnə dərmanlarla peyvənd edilib.

Peyvəndlər bazar ertəsi Nüçöping peyvənd mərkəzlərində tətbiq edilib. Peyvənd istifadə etməzdən əvvəl bütün lazımi qaydalara riayət edilməklə saxlanılıb, lakin Pfizer tərəfindən tövsiyə olunan son istifadə müddəti bitib.

Yerli səhiyyə orqanları, son istifadə tarixindən daha uzun müddət saxlanılan peyvəndləri qəbul edərkən heç bir tibbi risklərin olmadığında əmin etməyə çalışdırlar. “Bizim ilkin qiymətləndirməmiz ondan ibarətdir ki, hətta belə bir peyvənd koronavirusdan qorunmanı təmin edir. Bununla birlikdə, uzun müddətli saxlamanın hər hansı bir şəkildə vaksinə təsir göstərə biləcəyi barədə əlavə məlumat əldə etmək üçün Pfizer vaksin istehsalçısı ilə əlaqə saxladıq və bu, vaksinasiyanın təkrarlanmalı olduğu deməkdir”, – deyə səhiyyə orqanlarının yerli nümayəndəsi Magnus Yoxansson bildirib.

Qeyd edək ki, müddəti bitmiş peyvənd alan 102 nəfər arasında 88 nəfər yaşı 12-dən 15-dək olanlardır. Onların hamısı hadisə barədə məlumatlandırılıb./publika.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*