“İnsanlıqda payı olmayanlar qardaşlarımıza ölənlərini dəfn etməyə də icazə vermirlər” – Türkiyə XİN-dən BƏYANATbackend

"İnsanlıqda payı olmayanlar qardaşlarımıza ölənlərini dəfn etməyə də icazə vermirlər" - Türkiyə XİN-dən BƏYANAT

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Tərtərə xain hücumunü qınayan bəyanat yayıb.

KONKRET.az nazirliyin rəsmi saytında yerləşdirilmiş bəyanatı təqdim edir:

“Ermənistanın Azərbaycanın yaşayış ərazilərinə davam edən hücumlarını qətiyyətlə qınayırıq. Ermənistanın bu gün Tərtərə son hücumu nəticəsində bir qəbiristanlıqdakı dəfn mərasimində üç mülki şəxs həyatını itirib, beş nəfər yaralanıb.

Ermənistan 10 oktyabrda əsrlərin və meyitlərin dəyişdirilməsi üçün elan edilmiş humanitar atəşkəsə məhəl qoymamağa davam edir. İnsanlıqda payı olmayanlar azərbaycanlı qardaşlarımıza ölənlərinin dəfninə də icazə vermirlər.

Bu son hücumla Ermənistan humanitar dəyərlərlə uyğun olmayan qanunu tanımaz üzünü bir daha bütün dünyaya göstərdi.

Türkiyənin Can Azərbaycanın qəhrəman xalqı ilə həmrəyliyi daimi və tamdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*