“Instagram” loqosunu yenilədibackend

“Instagram” loqosunu yenilədi

“Instagram” təxminən 10 ildən sonra yazı loqosunu yeniləyib.

KONKRET.az bakupost-a istinadən xəbər verir ki, platforma 2016-cı ildən istifadə etdiyi əl yazısı üslubundakı “Instagram” yazısını daha müasir dizaynla əvəz edib.

“Instagram” rəhbəri Adam Mosseri bildirib ki, yeni dizayn daha müasir və sadə görünüşə malikdir. Platformanın rəngli kamera simvolu isə dəyişdirilməyib.

Yeni loqo istifadəçilər arasında fikir ayrılığı yaradıb. Bəzi istifadəçilər dizaynı bəyənsə də, digərləri yeni yazının əvvəlki görünüşdən daha az oxunaqlı olduğunu düşünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*