“İnterpol”un axtardığı şəxs bu ölkədə tutuldubackend

"İnterpol"un axtardığı şəxs bu ölkədə tutuldu

Yunanıstanın hüquq-mühafizə orqanları neft qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq şəbəkənin əsas üzvlərindən birini saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstan polisi məlumat yayıb.

Bildirilir ki, şəbəkə Latın Amerikasından qaçaqmalçılıq yolu ilə əldə etdiyi neft məhsullarını müxtəlif ölkələrə sataraq 21 milyard dollar mənfəət əldə edib. Tankerlərin izlənməsinə mane olmaq üçün dəstə üzvləri sahildən aralandıqdan sonra transponderləri söndürüblər. Bu da qəza riskini artırıb.

Saxlanılan şəxs İnterpol tərəfindən axtarışda olan İtaliya vətəndaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*