İnterpolun axtardığı şəxslər Bakı aeroportunda tutuldularbackend

İnterpolun axtardığı şəxslər Bakı aeroportunda tutuldular

Bakıdakı hava limanında beynəlxalq axtarışa verilmiş iki nəfər tutulub.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən dələduzluğa görə axtarışda olan 1982-ci il təvəllüdlü Zaur Sadıqov aeroport ərazisində saxlanılıb.

Bundan başqa, Ukrayna Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışda olan 1992-ci il təvəllüdlü İsmət İbrahimov da Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində polislər tərəfindən saxlanılıb.

Onlar Hava Nəqliyyatında Polis İdarəsinə təhvil veriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*