“İon Tikinti” şirkətinə verilmiş “xüsusi icazə” ləğv olundubackend

“İon Tikinti” şirkətinə verilmiş “xüsusi icazə” ləğv olundu

Fövqəladə Hallar Nazirliyi (FNH) tərəfindən “İon Tikinti” MMC-yə verilmiş “xüsusi icazə” həmin MMC-nin rəsmi müraciəti nəzərə alınaraq nazirliyin 16 yanvar tarixli əmri ilə ləğv edilib.

FHN-in Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, bu barədə nazirlik tərəfindən aidiyyəti qurumlara məlumat verilib.

Qeyd edək ki, sözügedən “xüsusi icazə” “İon Tikinti”yə ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantı anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasını həyata keçirmək üçün verilmişdi.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi radioloji fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxlərə müraciət edərək müvaf​iq qurğu, məntəqə, avadanlıq və vasitələrin layihələşdirilməsi və hazırlanması zamanı qeyd olunan MMC-yə verilmiş “xüsusi icazə”nin ləğv olunduğunun nəzərə alınmasını tövsiyə edir.

  • Arzu
    Yanvar 31, 2023 - 14:42

    Heç nə başa düşmədim. Nə baş verdi ki xüsusi icazə ləğv olundu. Daha ətraf mühiti şüalanmadan qorumaq lazım deyil? İcazə niyə verilib, niyə ləğv olunub mənə aydın olmadı. Kimsə nəsə başa düşdü bu məqalədən?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*