İqtisadçı ekspert Ramiz Mehdiyevdən hesabat tələb etdi: AMEA dövlət büdcəsinə və iqtisadiyyata nə verir?!backend

İqtisadçı ekspert Ramiz Mehdiyevdən hesabat tələb etdi: AMEA dövlət büdcəsinə və iqtisadiyyata nə verir?!

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ölkə iqtisadiyyatına nə xeyri var?! Dövlət büdcəsindən ölkə üzrə elmə ayrılan vəsaitin çox hissəsi AMEA-ya gedir. Niyə?!? Mən, burada bəzi ekspertlər kimi statistik rəqəmlər gətirmək fikrində deyiləm. Hər şey məlumdur. Azərbaycanda elmə və təhsilə hər il çox pul ayrılmasa da, ayrılan həmin cüzi vəsaitin özü də boş yerə gedir. Bir daha sual edirəm, AMEA dövlət büdcəsinə və iqtisadiyyatımıza nə verir?!”.

KONKRET.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, pul elə bir şeydir ki, hara və hansı istiqamətə, o cümlədən nəyə xərcləyirsənsə və yaxud sərf edirsənsə, ən azı maya dəyəri qədər və yaxud məbləğində gəlir gətirməlidir:

“AMEA-nın gəliri nə qədərdir və nədən ibarətdir?! Sual edirəm, nəyə görə bu qurum heç olmasa, özü-özünü maliyyələşdirə bilmir?! Digər bir məsələyə də toxunum: bu elmi dərəcələr var ey, onlar nə məna daşıyır?! Nəyə görə, elmi dərəcəyə görə artıq pensiya məbləği ödənilir?!? Niyə? O elmi dərəcə alan şəxs, nəsə icad edib və yaxud araşdırıb tapıbsa, onda o adama pul gəlməlidir də, elə deyil? Gəlmirsə demək, o adamın elmi dərəcə aldığı mövzu və detal lazımsız bir şeydir də, elə deyil?! Sözümü ona gətirirəm ki, Azərbaycan dünyanın bir parçasıdır. Və əyani şahidik ki, qlobal aləmdə nə baş verirsə dərhal, bizə təsir edir və nəticəsini bizdə göstərir. Elmimiz də və elmi nailiyyətlərimiz də dünya elminə və texnologiyasına mənfəət gətirməlidir. Boş yerə vəsait ayrılmasının nə mənası var axı?!? Təhsil-elm-istehsal-iqtisadi artım… Bunlar zəncirvari şəkildə biri-biriylə əlaqədar olan məsələlər və halqalardır! Ölkəmizdə orta təhsil məktəbləri ali məktəblərlə, ali məktəblər AMEA ilə, AMEA istehsalla və iqtisadiyyat ilə əlaqəli şəkildə mövcud deyillər, başqa sözlə desəm, fəaliyyət göstərmirlər. Bu qurumlara, yəni təhsilə və elmə dövlətin vəsait ayırmasının bax, nə mənası vardır?!?”.

İqtisadçı ekspert Ramiz Mehdiyevdən hesabat tələb etdi: AMEA dövlət büdcəsinə və iqtisadiyyata nə verir?!

  • Əliəddin
    Dekabr 2, 2021 - 00:11

    Allah dahi Üzeyir bəyə, onun bənzərsiz personajlarından Məşədi İbada da milyon rəhmət eləsin. Mən Tarixi Nadiri yarıya qədər oxumasam da, heç olmazsa bir azından xəbərim var. Heç cür başa düşmürəm, anlamıram ki, bu ölkənin “işıqlı insanları, zəka nəhəngləri” Ramiz Mehdiyevə nə veriblər, ala bilmirlər. Saytınızda Ramiz Mehdiyevlə bağlı yazılanlarla indi bir daha tanış oldum. İçində nə yoxdur? Qarğış, içiboş iddialar, dəyəri bir qara quruşluq mənasız sayıqlamalar. Ciddi, dişədəyər bir şey tapmaq üçün qəvvas olub dəryaların dərinliyinə baş vurmaq gərək. İlk baxışda mənasız görünsə də, ancaq əba altından ZOPA effektini görməmək üçün sadəcə infantil olmaq gərək. Bu dil pəhləvanlarından bir məsələyə aydınlıq gətirmələrini çox istərdim. Bunu saytınız da edə bilər. 25 ilə yaxın hakimiyyət piramidasının ən uca mərtəbə-lərindən biri etibar edilmiş bir insan yazıldığı qədər yararsız imişsə, doğrudanmı əlaqədar strukturlar bu zəka nəhəngləri qədər ağıllı olmayıb, onların vaxtilə verdikləri qiymətli siqnallara biganə qalıblar. Mətbuatı daim izləyən biri kimi, mən şanşanlı MƏDHİYYƏLƏRDƏN başqa heç nəyə rast gəlməmişəm. Difirambların biri bir qara quruşa. Mənə görə bütün bu yazılar təkcə Ramiz Mehdiyevə qarşı deyil, həm də ölkə rəhbərliyi-nə yönəlik bir aktdır. Nifrətin də bir həddi olar. Kor nifrət dönər, dolaşar sahibinin başında çatlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*