İqtisadi Şura yenidən toplandı – FOTObackend

İqtisadi Şura yenidən toplandı - FOTO

17-18 fevral tarixlərində Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

kONKRET.az xəbər verir ki, iclasda antiinflyasiya tədbirlərinin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və ixrac üzrə aqrar sahənin inkişaf hədəfləri, Prezidentin müvafiq Sərəncamlarından irəli gələrək “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategi¬yası”nın dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilməsi və büdcə qaydasının parametrlərinin müəyyən edilməsi barədə məsələlər geniş müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, Mərkəzi Bankın sədri Elman Rüstəmovun, kənd təsərrüfatı naziri İnam Kərimovun, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, həmçinin digər dövlət komitələri və qurumlarının rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*