İran-ABŞ böhranının bitmədiyini göstərən 5 səbəbbackend

İran-ABŞ böhranının bitmədiyini göstərən 5 səbəb

İran İnqilabı Keşiçkilərinin xüsusi “Əl-Qüds” bölümünün rəhbəri general Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsi nə isə ki, genişmiqyaslı müharibə ilə nəticələnmədi.

Bu baxımdan gərginliyin aradan qalxdığını deyə bilərik. Ancaq bu iki ölkəni müharibənin astanasına gətirən şərtlərin dəyişdiyini söyləmək hələ ki, mümkün deyil. Böhranın bitməsinə hələ çox var.

1) Gərginliyin azalması müvəqqətidir

Süleymaninin öldürülməsindən şoka düşən İran hakimiyyəti buna cavab vermək üçün əlindən gələni etdi. İran ABŞ-ın hərbi bazasına raket atmaqla cavab vermək, həm də raketin kim tərəfindən atılmasının aydın olmasını istəyirdi. Buna görə də, raketləri öz ölkəsinin ərazisindən atdı. Ancaq faktiki və siyasi şərtlər onun imkanlarını məhdudlaşdırmışdı, çox sürətli cavab vermək istəyirdi. Qeyri-sabit idi, eyni zamanda müharibəyə başlamaq istəmirdi.

Bu nöqyeti-nəzərdən, bir çox İran rəsmisinin dediyi kimi, məsələ hələ bitməyib. Bəziləri hesab edirlər ki, İranın Ukrayna təyyarəsini vurmasını açıqlaması gərginliyi azaldan səbəblərdən biridir. Ancaq bu, doğru deyil.

İranın ilk reaksiyası iddiaları rədd etmək oldu. Ancaq ABŞ raket zərbəsinin olduğunu sübut edən kəşfiyyat materialını açıqlayandan, Ukrayna ekspertləri təyyarənin gövdəsindəki mərmi izlərini aşkar edəndən, müstəqil araşdırmaçılar təyyarənin vurulduğunu göstərən videonun həqiqiliyini təsdiqləyəndən sonra İranın geri çəkilməkdən başqa yolu qalmadı. Hələ buldozerlər qəza yerini təmizləyən anlarda İran əslində nə baş verdiyini bilirdi. Qəza ehtimalı olmuş olsaydı, İran rəsmiləri təyyarənin qalıqlarına toxunmazdılar.

İranın ittihamları qəbul etməsinin əsəs səbəbi daha çox ölkədaxili siyasətlə bağlıdır. Cəmi bir neçə ay əvvəl ölkədə korrupsiyaya və çökən iqtisadiyyata etiraz olaraq aksiyalar keçirilmişdi. Etirazların necə tez canlandığına baxın. Bu, ölkəyə dəyən ziyanın məhdudlaşdırılması ilə əlaqədar idi, amerikalılarla de-eskalasiya ilə yox.

2) ABŞ-ın siyasəti dəyişmir

ABŞ nə üçün Süleymanini öldürdü? Nə üçün başqa bir hava hücumu ilə Yəməndə ikinci bir yüksək vəzifəli İran məmurunu öldürməyə cəhd etdi? İddialara görə, ABŞ-ın maraqlarına qarşı planlaşdırılan ciddi bir hücumun qarşısını almaq məqsədi güdülüb.

Ancaq bu iddia ekspertləri və ABŞ Prezidenti Donald Trampın Waşinqtondakı müxaliflərini inandırmağa kifayət etmədi. Daha inandırıcı variant budur ki, həmin hücumlarla İranın fəaliyyətini məhdudlaşdırmaq nəzədə tutulub. Yaxın dövr üçün bu taktika səmərəli ola bilər. İran gələcəkdəki manevrlərini daha diqqətli planlaşdırmalı olacaq.

Donald Trump İranı yox etmək hədələri ilə yanaşı, hələ də Yaxın Şərqdən çıxarmaq istədiyi ilə bağlı siqnallar verir. Oradakı vəziyyəti başqalarının problemi hesab edir. Bu, məhdudlaşdırmaq məqsədi güdən hər hansı mesajın təsirini azaldacaq. ABŞ İran iqtisadyyatını çökdürməyə davam edəcək. Ancaq daha əvvəl bu, İranı təslim olmuş halda müzakirə masasına oturtmağa kifayət etməmiş, əksinə, onun böyük bir cavab kampaniyası başlatması ilə nəticələnmişdi.

ABŞ rəsmi Tehranın gücünü və bölgədəki mənbələrini əhəmiyyətli dərəcədə azaltmağa çalışır. Böyük ehtimal, hər ikisini də edə bilməyəcək.

3) İranın strateji hədəfləri dəyişməyib

İranın iqtisadiyyatı dağılıb, insanları bədbəxt olsalar belə, bu, bir “inqilab rejimidir”. İran əlindəki gücdən birdən-birə əl çəkməyəcək. İnqilab Keşikçiləri Korpusu çox güclüdür, ölkə daxilində narazıları susdurmaq və ABŞ-ın təzyiqlərinə cavab verməklə məşğuldur. Bu, qarşıdakı dövrdə də davam edəcək.

İranın strateji hədəfi ABŞ-ı regiondan, ən azı İraqdan çıxarmaqdır. Süleymani öldürüləndən sonra bu, daha asan görünür. İranın səlahiyyət sahibləri konkret uğurlar əldə etdiklərini düşünürlər. Rəsmi Tehran Suriyada Bəşər Əsəd rejiminin xilasına və İsrailə qarşı yeni bir cəbhənin açılmasına nail oldu, İraqdakı mövcudluğunu gücləndirdi.

Donald Trump-ın ziddiyyətli siyasəti ucbatından Amerikanın regiondakı müttəfiqləri getdikcə özlərini daha çox təklənmiş hiss edirlər. Türkiyə də öz yolu ilə gedir və Rusiya ilə münasibətlərini yaxşılaşdırır. Süleymaninin öldürülməsini Trump-ın regionla bağlı yeni siyasət planı kimi qiymətləndirən yeganə ölkə İsraildir. Ancaq ümidlərii boşa çıxa bilər.

İranın daxili problemləri və iqtisadiyyatının zəifləməsi İnqilab Keşikçilərinin ABŞ-a qarşı təzyiqlərinin zamanla artmasına gətirib çıxara bilər.

4) Iraqın mövqeyində ziddiyyətlər var

Amerika əsgərlərinin İraqdan çıxarılması ilə bağlı tələblər həmişəkindən daha sərtdir.

İraqın müvəqqəti hakimiyyəti böhran içindədir, ölkədə etiraz aksiyaları keçirilir. Əhalinin xeyli hissəsi həm ABŞ-ın ölkədəki mövcudluğundan, həm d

Trump əsgərlərin çıxarılması ilə bağlı təzyiqlərin artacağı təqdirdə İraq hökumətinin Amerika banklarındakı vəsaitlərini dondurmaqla hədələyib.

ABŞ-ın İraqdakı mövcudluğu vacib məsələdir. Müttəfiqləri ilə birlikdə İŞİD-ə qarşı vuruşmağa başlayanda Amerikanın regionda bu müharibə bitəndən sonra da qalacağı düşünülürdü.

5) Nüvə razılaşması təhlükədədir

Bu, Tramp başda olmaqla, Amerika hökumətinin 2018-ci ilin may ayında razılaşmadan çəkilməsi ilə başlamış prosesdir. O vaxtdan bəri ABŞ İran iqtisadiyyatına ciddi şəkildə təzyiq edir, İran isə regioanda təzyiq siyasəti yürüdür.

O vaxtdan bəri ABŞ İran iqtisadiyyatına ciddi şəkildə təzyiq edir, İran isə regionda təzyiq siyasəti yürüdür. Razılaşma indiyə qədər ona görə tam sıradan çıxmayıb ki, Trampdan başqa, heç kim onun pozulmasını istəmir.

Bu razılaşma çox vacibdir: ondan əvvəl İsrailin İran nüvə obyektlərinə hücum edərək müharibəyə başlaması ehtimalı böyük idi.

İran razılaşmanın digər tərəflərini mümkün qədər danışıqlar masasında saxlamağa çalışacaq. Avropanın bütün cəhdlərinə rəğmən, razılaşma pozula bilər. Bu isə, İranı nüvə silahına daha da yaxınlaşdıra bilər. Ancaq razılaşmanın taleyi necə olur-olsun, ABŞ-ın beynəlxalq siyasəti uzaqlaşmağa çalışdığı bir dönəmdə Trump-ın taktikaları Amerikanı Yaxın Şərqə daha da yaxınlaşdırdı.

Bir cavab yazın