Putin Pekində görün hansı avtomobildən istifadə edir… -FOTObackend

Putin Pekində görün hansı avtomobildən istifadə edir... - FOTO

Rusiya Prezidenti Vladimir Putin Pekinə səfəri çərçivəsində nəqliyyat vasitəsi kimi “Aurus” avtomobilindən istifadə edir.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunub ki, dövlət başçısı Çin nömrə nişanlı qara rəngli “Aurus” avtomobili ilə hərəkət edir.

Xatırladaq ki, Vladimir Putin rəsmi nümayəndə heyəti ilə birlikdə 19–20 may tarixlərində Çinə dövlət səfəri edib. Səfər ərəfəsində Rusiya lideri Çin vətəndaşlarına video müraciət ünvanlayıb. Müraciətdə o, ÇXR sədri Si Cinpini “köhnə dostu” adlandırıb və Rusiya-Çin əməkdaşlığının “sabitləşdirici rolunu” vurğulayıb.

Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp da Çinə səfər edib. Amerika lideri səfəri “inanılmaz” adlandıraraq, Vaşinqton və Pekin arasında çoxsaylı iqtisadi razılaşmaların əldə olunduğunu bildirib. Çin tərəfi isə bu səfərə daha təmkinli, lakin müsbət tonda reaksiya verib./publika.az

 

Photo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*