İran “Amazon”u vurdu – ABŞ təcili HƏRƏKƏTƏ KEÇDİbackend

İran "Amazon"u vurdu - ABŞ təcili HƏRƏKƏTƏ KEÇDİ

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-ın kommersiya obyektinə qanadlı raketlərlə zərbə endirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

SEPAH-ın bəyanatına görə, Hərbi-Kosmik Qüvvələri bir neçə qanadlı raketlə Amazon şirkətinin mərkəzi məlumatların emalı infrastrukturunu məhv edib.

Bildirilib ki, hücum ABŞ-ın son günlər İranın Darxovin bölgəsində mülki infrastruktura endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, bu məlumat hələlik yalnız İran tərəfi tərəfindən səsləndirilib və müstəqil mənbələr, eləcə də ABŞ və ya Amazon tərəfindən rəsmi təsdiq olunmayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*