İran Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə iranlı ermənipərəst jurnalist Xəyal Müəzzin teleqram kanalda məlumat yayıb. O bildirib ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvi məsləhətləşmələr üçün Tehrana çağırılıb.
“İranın Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırması ilə bağlı məlumat daxil olub”, – deyə iranlı jurnalist yazıb.
Xuraman Etibarlı,
KONKRET.az

[email protected]