İran bu ölkələri TƏHDİD ETDİ: “Sarsıdıcı zərbə vuracağıq”backend

İran bu ölkələri TƏHDİD ETDİ: “Sarsıdıcı zərbə vuracağıq"

İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” mərkəzi komandanlığının sözçüsü polkovnik İbrahim Zülfüqari Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, ISNA agentliyinin məlumatına görə, Zülfüqari bildirib ki, İran son günlər BƏƏ ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirməyib, lakin Tehranın maraqlarına qarşı hər hansı addım atılarsa, “sarsıdıcı cavab” veriləcək.

Onun sözlərinə görə, əgər İran həqiqətən BƏƏ-yə qarşı hərbi əməliyyatlar aparsaydı, bunu açıq şəkildə elan edərdi. Zülfüqari həmçinin iddia edib ki, BƏƏ öz ərazisini ABŞ və İsrailin regiondakı hərbi fəaliyyətləri üçün baza kimi istifadə etməyə imkan verir və bununla “riskli vəziyyətə düşür”.

İran rəsmisi daha əvvəl də BƏƏ-ni İsrailin maraqlarına xidmət edən siyasətdən uzaq durmağa çağırmışdı və yanlış addımların ciddi nəticələr doğuracağı barədə xəbərdarlıq etmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*