İran parlamentinin Rəyasət Heyətinin nümayəndəsi Əlirza Salimi Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) “ikinci İsrail” adlandırıb.
KONKRET.az xəbər verir ki, İran parlamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri əslində ikinci İsraildir, çünki “hərbi” İsrail işğal olunmuş Fələstin ərazilərində yerləşir, Abu-Dabi isə İsrailin iqtisadi qanadı kimi çıxış edir.
Onun sözlərinə görə, BƏƏ rəhbərliyi öz ölkə əhalisi arasında geniş dəstəyə malik deyil və artıq milli maraqları müdafiə etmir. Salimi iddia edib ki, bu səbəbdən BƏƏ ABŞ və İsrailin tərəfində mövqe tutur və onlara arxalanır.
Müşviq Tofiqoğlu
KONKRET.az
