İran Ermənistan universitetinə professor göndərəcəkbackend

İran Ermənistan universitetinə professor göndərəcək

İran Ermənistan universitetinə professor göndərəcək.

KONKRET.az xəbər verir ki, bir müddət öncə Ermənistanın Qafan şəhərində İran rejimi fars dili mərkəzi yaradıb.

İranın Qafandakı baş konsulu Mürtəza Abedin Vəramin deyib: “Qafan fars dili tədris mərkəzinin fəaliyyəti bir müddət əvvəl başlayıb və hazırda fars dili öyrənmək istəyən çox sayda müdavim bu mərkəzdə qeydiyyatdan keçib”.

İranın Qafandakı baş konsulu Təbriz Universitetinin rektoru və universitetin akademik və beynəlxalq əməkdaşlıq kafedrasının müdiri ilə görüşdə Sünik Universitetinə professorların göndərilməsi və bu bölgədə elmi əməkdaşlığın genişləndirilməsi üçün Təbriz Universiteti ilə Qafan Fars Dili Mərkəzi arasında əməkdaşlığın artırılmasını istəyib.

Təbriz Universitetinin Elmi və Beynəlxalq Əməkdaşlıq Kafedrasının dekanı Səid Şücai Təbriz şəhərinin coğrafi yaxınlığına və Ermənistana gediş-gəlişin asanlığına toxunaraq qeyd edib:

“Təbriz Universitetinin professorları Ermənistan universitetlərinin akademik proqramlarına qoşula bilərlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*