İran Hörmüz boğazı üzərində ABŞ-ın MQ-9 PUA-sını vurdubackend

İran Hörmüz boğazı üzərində ABŞ-ın MQ-9 PUA-sını vurdu

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-hava bölmələri Hörmüz boğazı üzərində uçan ABŞ-ın “MQ-9 Reaper” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını məhv ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə avqustun 31-də SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

“Fars” agentliyi özünün Telegram kanalında SEPAH-ın bəyanatından sitat gətirib: “Bir neçə dəqiqə əvvəl ABŞ-ın uzaqmənzilli MQ-9 pilotsuz uçuş aparatı SEPAH-ın zenit qırıcılarının raketləri ilə Hörmüz boğazı üzərində vurulub”.

Dəqiqləşdirilmiş məlumatlara görə, PUA vurulduqdan sonra Fars körfəzinin sularına düşüb.

Avqustun 30-da “Axios” portalının jurnalisti Barak Ravid ABŞ Silahlı Qüvvələrinin İranın cənub hissəsindəki Larek adasında yerləşən iki buraxılış qurğusuna zərbələr endirdiyini bildirmişdi. Bu zərbələr nəticəsində iki nəfər həlak olub, daha iki nəfər yaralanıb. İran buna cavab olaraq İordaniyadakı iki Amerika aviabazasını atəşə tutub.

Daha sonra ABŞ Quru Qoşunlarının Mərkəzi Komandanlığı bəyan edib ki, İrana endirilən zərbələr Hörmüz boğazının “minalanmasının qarşısının alınmasına” yönəlib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*