İran: Kiyevə daha heç bir material verməyəcəyikbackend

İran: Kiyevə daha heç bir material verməyəcəyik

İran hakimiyyəti İran dispetçerlərinin danışıqlarının sızması ilə əlaqədar Ukrayna sərnişin təyyarəsinin vurulmasına dair iş üzrə materialları rəsmi Kiyevə təqdim etməkdən imtina edib.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu məlumatı fevralın 3-də ölkənin Mülki Aviasiya Təşkilatının baş vermiş hadisələrin araşdırılması şöbəsinin rəhbəri Həsən Rezayefar yayıb.

“Bu səs faylı fəlakəti araşdıran ekspertlər qrupu tərəfindən verilən materiallar arasında idi. Biz onlara daha heç bir material verməyəcəyik”, – deyə o bildirib.

Məmur həmçinin qeyd edib ki, bu addım beynəlxalq normaları pozmaqla atılıb.

Bundan əvvəl KİV-də Ukrayna təyyarəsinin vurulma anını görən İran pilotunun hava limanının dispetçerləri ilə danışıqlarının yazısı dərc edilib.

Bundan əvvəl Ukrayna Baş prokurorunun ofisində bildiriblər ki, təxminən bir ay sonra İran vurulmuş təyyarənin qara qutularını ötürməyib və Ukraynanın sorğularına cavab verməyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*