İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Küveyt Beynəlxalq Hava Limanına ziyan dəyib və təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, zərbələrdən sonra Küveytin Mülki Aviasiya Baş İdarəsi hava limanında fövqəladə vəziyyət planını işə salıb.
Bildirilir ki, hücum zamanı T1 terminal binası və bir sıra hava limanı infrastrukturu ciddi zərər görüb, xəsarət alanlar var.
Təhlükəsizlik səbəbi ilə bütün uçuşlar dayandırılıb və alternativ hava limanlarına yönləndirilib.
Küveyt rəsmiləri vəziyyətin nəzarət altına alınması üçün tədbirlərin davam etdiyini bildiriblər.
