İran müharibəsi alman sürücüləri çətinə saldıbackend

İran müharibəsi alman sürücüləri çətinə saldı

Almaniyada benzin və dizel yanacağının qiymətində kəskin artım qeydə alınıb.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, qiymət artımının əsas səbəbi İran ətrafında hərbi gərginliyin artması və Yaxın Şərqdə müharibənin enerji bazarlarına təsiridir.

Məlumata əsasən, xüsusilə dizel yanacağı daha sürətlə bahalaşıb. Bazar günü axşam saatlarına olan məlumata görə, dizelin bir litrinin qiyməti 2,30 avroya çatıb. Bu, ötən gün ilə müqayisədə 6,7 avrosent çoxdur.

Nəticədə 50 litrlik dizel çənini doldurmaq üçün sürücülər əvvəlkindən 3,35 avro artıq ödəməli olurlar. Hazırda belə bir çənin doldurulması 115 avroya başa gəlir. Benzin isə daha baha qiymətə satılır. Hazırkı qiymətlərlə 50 litrlik benzin çəninin doldurulması sürücülərə 116 avroya başa gəlir.

“Bild” yazır ki, Yaxın Şərqdə vəziyyətin gərgin olaraq qalması fonunda enerji daşıyıcılarının qiymətlərində artımın davam edəcəyi istisna edilmir. Ekspertlər hesab edirlər ki, münaqişənin uzanması neft bazarında yeni bahalaşma dalğasına səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*