İran öz gəmisini vurduğunu belə təsdiqlədi – YENİLƏNİBbackend

İran öz gəmisini vurduğunu belə təsdiqlədi - YENİLƏNİB

İranın Hərbi Dəniz Qüvvələri “Kənarək” adlı gəminin təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulduğunu təsdiqləyib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki,  HDQ-nin açıqlamasında ötən gün baş vermiş hadisə nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfər yaralandığı və səbəblərin araşdırıldığı bildirilir.

İranşəhr şəhər Tibb Universitetin rektoru isə bildirib ki, xəsarət alanlardan 16 nəfər İmam Əli adına xəstəxanaya çatdırılıb. Onlardan biri ölüb, 3 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstəxanada 12 nəfər var.

***

09:37

İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı səhvən hərbi təlimdə iştirak edən digər gəmini raketlə vurub.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyinin siyasi şöbəsinin direktoru Mehdi Bəxtiyari Tvitter səhifəsində məlumat verib. Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib və atəş “Konarak” köməkçi gəmisinə açılıb.

Nəticədə 2 nəfər ölüb, onlarla insan yaralanıb. “Konarak” isə insident nəticəsində batıb.

İran mediası isə ölənlərin sayının 40 hərbçi olduğunu iddia edir.

İran ordusu məlumata rəsmi münasibət bildirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*