İran öz liderlərini niyə qoruya bilmədi? – ŞOK SƏBƏBLƏRbackend

İran öz liderlərini niyə qoruya bilmədi? - ŞOK SƏBƏBLƏR

“Hər bir ölkənin yüksək siyasi rəhbərliyinin təhlükəsizliyi müasir texnologiyalar və fiziki qoruma vasitələri ilə təmin olunmasına baxmayaraq, geosiyasi gərginlik fonunda mümkün risklər həmişə real olaraq qalır. Telefonlar, kompüterlər, izləmə sistemləri kimi rəqəmsal texnologiyalar yüksəksəviyyəli hədəfləri izləmək və onların mövqeyini müəyyən etmək imkanlarını artırır.

Bu baxımdan İran həm fiziki, həm də kibertəhlükəsizlik tədbirlərinə sərmayə qoysa da, hibrit təhdidlər, kiberhücumlar, kəşfiyyat əməliyyatları və hərbi təzyiqlər kimi risklər tamamilə aradan qaldırıla bilməz. Regional vəziyyət, xüsusilə Yaxın Şərqdəki gərginliklər yüksəkvəzifəli şəxslər üçün əlavə təhdid ssenariləri yaradır”.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

Elmir Səftərov: Azərbaycanın Ermənistanı əzici məğlubiyyətə uğratması böyük güclərin planlarını pozdu- ÖZƏL

“Məsələn, İranın ölkədə və Yaxın Şərqdə son illərdə öldürülən və ya sui-qəsd nəticəsində hədəfə alınan yüksəksəviyyəli liderləri, hərbi və nüvə proqramı sahəsində fəaliyyət göstərən şəxsləri olub. Bu hadisələr İranın regional və qlobal geosiyasi gərginliklər fonunda liderlərinin təhlükəsizliyinin nə qədər həssas olduğunu göstərir”.

E.Səftərov qeyd edir ki, buna görə də kəşfiyyat fəaliyyətləri, raket və dron hücumları, eləcə də strateji nüfuz mübarizəsi çərçivəsində əməliyyat riskləri realdır.

“Bu baxımdan da hər bir ölkə üçün müasir texnologiyalardan maksimum istifadə, güclü hava hücumundan müdafiə sistemlərindən geniş yararlanmaq və çoxqatlı qoruma sistemi həyati əhəmiyyət daşıyır”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*