İranın “Aseman Airlines” aviaşirkətinin təyyarəsinin pilotlarından biri Tehranın səmasında Ukraynanın Boeing hava gəmisinin qəza anını görüb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, baş verən fəlakət zamanı İran təyyarəsi yerə enirmiş.
“Təyyarədə partlayış oldu, sanki atılan raket idi. Orada nə baş verib”, deyə pilot dispetçerə belə xəbər göndərib.
Dispetçer sual verib ki, partlayış harda olub, şəhərə doğru raket gəlirmi?
Pilot isə “Raket şəhər tərəfdən atıldı” cavabını verib.
“Cənab dispetçer, biz partlayış, partlayışdan qığılcımları gördük. Başa düşmürük ki, orada nəsə baş verir?”. Pilot belə deyib.
Kiyevə uçuş edən Ukraynanın Boeing sərnişin təyyarəsi yanvarın 8-də Tehran hava limanından yola düşdükdən sonra qəzaya uğrayıb. Gəmidə olan 176 nəfərin hamısı həlak olub. Daha sonra İran hərbçiləri təyyarənin səhvən ölkənin hava hücumundan müdafiə sistemləri ilə vurulduğunu bildiriblər.
Babək Göyüş
KONKRET.az
