İran Prezidentinin çıxışı zamanı İsrail nümayəndəsi zalı TƏRK ETDİ – VİDEObackend

İran Prezidentinin çıxışı zamanı İsrail nümayəndəsi zalı TƏRK ETDİ - VİDEO

İran prezidenti İbrahim Rəisi sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasında çıxış edib.

KONKRET.az xəbər verir ki, o, ölkəsinin “nüvə sazişini” canlandırmaqda maraqlı olduğunu, lakin artıq Amerikaya inanmadığını söyləyib.

İran prezidenti eyni zamanda, ölkəsinin nüvə proqramını yaxından izləyən beynəlxalq ictimaiyyətin birtərəfli yanaşmasını kəskin tənqid edib.

İsrail mediası diqqəti İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanın Rəisinin çıxışından əvvəl zalı tərk etməsinə çəkir. O, yerinə “İsrail” yazısının yanında Holokostdan sağ çıxan baba və nənələrin fotosunu qoyub.

Bu addım, İran prezidentinin CBS News-a son müsahibəsində Holokostla bağlı suala verdiyi cavaba etiraz əlaməti olaraq atılıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*