“ABŞ səhv yoldadır və son zərbələr (İraq-Suriya sərhəd bölgəsindəki İran tərəfdarı olan hərbiləşdirilmiş qrupların hədəflərinə edilən hücumlar) Amerikan təkəbbürünün nümayişidir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki, “Bölgədəki gərginliyin artması ABŞ-ın maraqlarına cavab vermir. Eləcə də Vaşinqtonun bölgədəki hərəkətləri regiondakı sabitliyi pozur və bu, digər dövlətlərin mənafeyinə uyğun deyil”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
