İran XİN ermənini Baş konsul təyin etdibackend

İran XİN ermənini Baş konsul təyin etdi

İran Ermənistanın Zəngəzur bölgəsinə baş konsul təyin edib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Abedin Varamin İranın bu bölgədə diplomatik korpusunun rəhbəri təyin edilib. Bunu avqustun 11-də NEWS.am-a müsahibəsində İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib. Onun sözlərinə görə, konsul İrəvandadır və artıq görüşlər keçirib. “O, artıq vəzifəsinin icrasına başlayıb”, – Beqlaryan əlavə edib.

Millət vəkili təəssüflə qeyd edib ki, bürokratiyaya görə konsulun birbaşa öz işinə keçməsi prosesi bir az yubanıb. “Bildiyim qədər, Baş Konsulluğun yerləşəcəyi bina hələ hazır deyil”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Baş konsulluğun əsas iqamətgahı Azərbaycanın tarixi şəhəri olan Qafanda yerləşir.

Bundan əvvəl İranın Qafandakı Baş Konsulluğunun böyük ehtimalla 2022-ci ildə açılacağı bildirilirdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*