İrana hücum hazırlığı: ABŞ DESANT GÖNDƏRDİbackend

İrana hücum hazırlığı: ABŞ DESANT GÖNDƏRDİ

ABŞ İranın cənubunu ələ keçirmək üçün desant qüvvələrini gizli şəkildə İsrailə göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Kennet Klipenşteyn məlumat yayıb.

“Pentaqon mart ayında 82-ci Hava-Desant Diviziyasının Yaxın Şərqə yerləşdiriləcəyini elan edərkən bir vacib detalı gizlətdi: əldə etdiyim məlumata görə, desant qüvvələrinin bir hissəsi İsrailə göndərilib.

Hərbi planlaşdırmada iştirak edən mənbə mənə dedi ki, bu yerləşdirmə fevral ayında hazırlanmış və Xark adasının ələ keçirilməsini və İranda sahil zonasının yaradılmasını tələb edən yeni birgə ABŞ-İsrail ehtiyat planları ilə əlaqəlidir.

82-ci Hava-Desant Diviziyası düşmən ərazisinə paraşütlə tullanmaq üçün təlim keçmiş əsas sürətli reaksiya qüvvəsidir”, – jurnalist bildirib.

Müəllif onu da qeyd edib ki, Pentaqon yerləşdirməni gizli saxlamaqla, İran daxilində əməliyyatın ictimai müzakirəsinin qarşısını almaq məqsədini güdüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*