Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanatbackend

Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə konstitusiyasında neytral statusun təsbit edilməsinə razı olmayacağını bəyan edib.

KONKRET.az bildirir ki, bu barədə Ukrayna lideri jurnalistlərlə açıqlamasında bildirib.

“Əgər neytrallıq ümumiyyətlə bizim NATO-da olmadığımızı göstərirsə, deməli, biz artıq bu statusdayıq. Bəs onda uzunmüddətli perspektivdə təhlükəsizliyimiz üçün nə işləyəcək? Neytrallığın təsbit edilməsi o deməkdir ki, siz ölkənizin konstitusiyasını dəyişdirirsiniz, Ukrayna buna getməyəcək”, – deyə V.Zelenski qeyd edib.

Xatırladaq ki, oktyabrın 6-da Ali Radanın üzvü Anna Skoroxod Ukraynanın neytral statusunun konstitusiyada təsbit edilməsi üçün parlamentə qanun layihəsi təqdim edib. Hələlik qanun layihəsi qeydiyyata alınmayıb, çünki bunun üçün 150 deputatın səsi tələb olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*