İran İslam Respublikasının cənub-qərbində baş vermiş zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, bu barədə “İSNA” agentliyinə açıqlamasında Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mehdi Valipur bildirib.
Onun sözlərinə görə, həmin şəxslər zəlzələ zamanı qaçarkən xəsarət alıblar.
Öz növbəsində ölkənin təcili yardım xidməti bildirib ki, xilasetmə xidmətləri zəlzələ nəticəsində kənd və qəsəbələrə dəyən zərərləri hesablayır. Lakin xidmət zərərçəkənlər barədə məlumat verməyib.
=======================================================================================================
İranda zəlzələ olub.
KONKRET.az-ın məlumatına görə, bu gün günorta saatlarında İranın Kohkuluyə və Boyurəhməd əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin ocağı Dogünbədan bölgəsində, 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ İranın Xuzestan əyalətinin şimalında da hiss olunub.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Report