İranda etirazlarda öldürülənlərin sayı 440-a çatıbbackend

İranda etirazlarda öldürülənlərin sayı 440-a çatıb

İranda etirazlarda 440 nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda İnsan Hüquqları Fəalları Təşkilatı teleqramda məlumat yayıb. Bildirilib ki, ölənlərin 61-nin yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 059 nəfər həbs olunub. Onlardan 3 212 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 555 nəfər tələbədir. Nümayişlərə 163 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 156 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 56 nümayəndəsi öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*