İranda həbs edilən etirazçılarla bağlı yeni xəbər var. Belə ki, İranda həbs edilən etiraz iştirakçıları cinsi istismara məruz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Azad İran” “Telegram” kanalı yayıb.
Qeyd edilib ki, CNN telekanalı İran hökumət qüvvələrinin təcridxanalarda saxlanılan etirazçılarla necə davrandıqları və şahidlərin ifadələri əsasında həbsxanalarda etirazçıların cinsi zorakılıq və təcavüzə məruz qalması ilə bağlı geniş reportaj hazırlayıb.