İranda nüvə obyekti ərazisində güclü PARTLAYIŞ – FOTObackend

İranda nüvə obyekti ərazisində güclü PARTLAYIŞ - FOTO

İranda Tehranın şərqindəki bir hərbi bazanın yaxınlığında böyük partlayış olub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Guardian” nəşri yayıb.

“Həmkarlarımız yerindədirlər və hadisəni hərtərəfli araşdırırlar”. Müdafiə Nazirliyinin sözçüsü Davud Abdi belə deyib.

Onun sözlərinə görə, partlayış hərbi bazanın özündə deyil,  qaz anbarında baş verib.

Tezliklə yanğın söndürülüb, zərərçəkənlər haqqında məlumat verilməyib.

Partlayışın səbəblərinin təfərrüatları dəqiqləşdirilir.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*