İranda “Sepah”ın zabiti öldürüdübackend

İranda "Sepah"ın zabiti öldürüdü

İranın cənubunda yerləşən Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) zabiti Müslüm Tağızadə naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

KONKRET.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, hadisə Əhvazın Ümidiyyə bölgəsində nəzarət-buraxılış məntəqəsində baş verib.

Xatırladaq ki, Xuzistan əyalətində, əsasən, ərəblər yaşayır.

Qeyd edək ki, aprelin sonunda İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Sistan-Bəlucistan əyalətindəki bölmələrinin baş komandanı general Hüseyn Almasinin olduğu avtomobilə naməlum şəxslərin açdığı atəş nəticəsində mühafizəçi ölmüşdü. Hadisənin nəzarət-buraxılş məntəqəsində baş verdiyi bildirilirdi.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*