İrandan diqqətçəkən iddia: “Qətlin sifarişçisinin kimliyini bilirik”backend

İrandan diqqətçəkən iddia: “Qətlin sifarişçisinin kimliyini bilirik”

“Nüvə alimi Möhsün Fəxrizadənin qətlini sifariş verənin kimliyini bilirik”.

KONKRET.az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani deyib.

“20 ildir düşmən onu qətlə yetirmək üçün fürsət axtarırdı. İndiyədək səyləri uğursuz oldu. İran kəşfiyyatı Fəxrizadəyə hücmun olacağı ehtimalını istisna etməmişdi. Təəssüf ki, 20 ildir Fəxrizadəyə sui-qəsdin olacağı ilə bağlı əldə edilən kəşfiyyat məlumatlarına ciddi yanaşılmadı. Bu dəfə isə onların istəkləri baş tutdu”, – Şəmxani bildirib.

O, hücumların uzaq məsafədən elektronik sistemlər vasitəsilə həyata keçirildiyini söyləyib: “Bəzi izlər var. Bu əməliyyatı planlaşdıranın kimliyi bəllidir. Qətiyyətlə deyə bilərəm ki, bu işdə Xalqın Mücahidləri Təşkilatının rolu var”.teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*